Baş Hüquqşünas
İxtisaslaşma sahələri
Kommersiya müqavilələri və müqavilə danışıqları, Korporativ hüquq və korporativ idarəetmə, Mübahisələrin həlli və məhkəmə təmsilçiliyi, İcra icraatı, Əmək hüququ, Komplayens
Təhsil
· Bakı Dövlət Universiteti – Mülki və kommersiya hüququ ixtisası üzrə magistr, fərqlənmə diplomu ilə (2017–2019)
· Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Hüquqşünaslıq üzrə bakalavr, fərqlənmə diplomu ilə, Prezident təqaüdçüsü (2013–2017)
Peşəkar kvalifikasiyalar
· Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü (2021-ci ildən)
· CCMP – Commercial & Contract Management Practitioner, World Commerce and Contracting Association (2025)
Peşəkar fəaliyyət
Aydan Ağazadə-Bayramlı 2018-ci ildən etibarən korporativ və mülki hüquq sahəsində fəaliyyət göstərən hüquqşünasdır. Kommersiya müqavilələrinin hazırlanması və hüquqi ekspertizası, korporativ idarəetmə, mübahisələrin həlli və icra icraatı sahələrində geniş peşəkar təcrübəyə malikdir.
Peşəkar fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında Problemli Kreditlərlə İş üzrə Hüquq Şöbəsində başlamış, daha sonra SOCAR Polymer MMC-də Hüquq Müşaviri, Global Energy Solutions MMC-də isə Baş Hüquqşünas vəzifələrində çalışmışdır. Fəaliyyəti dövründə çoxsaylı yerli və beynəlxalq kommersiya müqavilələrinin hazırlanması və danışıqlarında iştirak etmiş, şirkətlərin dövlət orqanları, məhkəmələr və digər qurumlar qarşısında hüquqi təmsilçiliyini həyata keçirmişdir.
Hazırda Agro Dairy MMC-də (Paşa Holding şirkətlər qrupu) Baş Hüquqşünas və Caspi Nomos hüquq şirkətində hüquqşünas vəzifəsində çalışır. Kommersiya və korporativ müqavilələrin hazırlanması, hüquqi risklərin idarə edilməsi və müqavilə danışıqlarına rəhbərlik edir. Eyni zamanda Vəkillər Kollegiyasının üzvü kimi fərdi və korporativ müştərilərə hüquqi xidmətlər göstərir və onları məhkəmələrdə təmsil edir.
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Türk dili