İcraçı direktor
İxtisaslaşma sahələri
Mülki hüquq, korporativ hüquq, beynəlxalq hüquq və insan hüquqları, vergi və audit, dövlət tənzimlənməsi, hüquqi ekspertiza, İT hüququ, hüquqi maarifləndirmə və peşəkar təlimlər.
Təhsil və kvalifikasiyalar
Phone
Peşəkar fəaliyyət
Vüsalə Muradxanlı hüquq, audit, dövlət idarəçiliyi və hüquqi maarifləndirmə sahələrində 20 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünas, vəkil və auditordur. O, özəl sektor, dövlət qurumları və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərərək mülki hüquq, korporativ hüquq, vergi və audit, insan hüquqları, hüquqi ekspertiza və tənzimləyici məsələlər üzrə geniş praktiki təcrübə qazanmışdır.
Peşəkar fəaliyyəti dövründə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Audit Departamentində, “Victory Ways Audit Consulting” MMC-də, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda, həmçinin Hüquq və İnsan Haqları İnstitutunda İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Hazırda Caspi Nomos hüquq şirkətinin İcraçı direktoru kimi fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Uşaq Fondunda rəhbər olaraq uşaq hüquqları və hüquqi maarifləndirmə istiqamətində fəaliyyətini davam etdirir.
Akademik və media fəaliyyəti
Vüsalə Muradxanlı Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasında müəllim kimi fəaliyyət göstərir. Ədliyyə Akademiyasında yeni fəaliyyətə başlayan vəkillər üçün “Vəkilin nitqi” və hüquqi yazı bacarıqları üzrə təlimlər keçir.
2024-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən “İlin vəkil təlimçisi” seçilmişdir. Bu günədək 700-dən çox dövlət qulluqçusu və hüquq sahəsində çalışan şəxs üçün təlimlər keçmişdir. O, həmçinin ARB TV-də yayımlanan “Qanun-Qayda” verilişinin yaradıcısı və aparıcısıdır.
Dil bilikləri
Azərbaycan dili, ingilis dili, rus dili, türk dili.