İxtisaslaşma sahələri
Öhdəliklər hüququ, Müqavilələr hüququ, Kommersiya hüququ, Əşya hüququ, Ailə hüququ, Vərəsəlik hüququ
Təhsil
Peşəkar kvalifikasiyalar
Peşəkar fəaliyyət
Dünyamin Novruzov mülki hüquq sahəsində 20 illik vəkillik təcrübəsinə malik hüquqşünasdır. Peşəkar fəaliyyəti əsasən mülki hüququn müxtəlif (öhdəliklər hüququ, əşya hüququ, müqavilələr hüququ, kommersiya hüququ, ailə və vərəsəlik hüququ) sahələrini əhatə edir.
ADA Universiteti Hüquq Məktəbində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş müəllim (Assistant Professor) kimi fəaliyyət göstərir və öhdəliklər hüququ, əşya hüququ, ailə və vərəsəlik hüququ fənlərini tədris edir.
Elmi fəaliyyətini müqayisəli özəl hüquq sahəsində davam etdirir. Tədqiqatları əsasən Azərbaycan, Türkiyə və Rusiya hüquq sistemlərində müqavilə hüququ, vərəsəlik hüququ və mülki hüquq institutlarının müqayisəli təhlilinə həsr olunmuşdur. Bu istiqamətdə monoqrafiyanın və bir sıra elmi məqalələrin müəllifidir.
Seçilmiş nəşrlər
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili