We provide specialized winterization services to safeguard your pool during the off-season, and when spring arrives, we handle the thorough opening process.

DÜNYAMIN NOVRUZOV

DÜNYAMIN NOVRUZOV

İxtisaslaşma sahələri

Öhdəliklər hüququ, Müqavilələr hüququ, Kommersiya hüququ, Əşya hüququ, Ailə hüququ, Vərəsəlik hüququ

Təhsil

  • İstanbul Universiteti (Türkiyə) – Özəl hüquq üzrə fəlsəfə doktoru (PhD) (2017–2024)
  • Bakı Dövlət Universiteti, Hüquq fakültəsi – Magistr, fərqlənmə diplomu ilə (2005–2007)
  • Bakı Dövlət Universiteti, Hüquq fakültəsi – Bakalavr, fərqlənmə diplomu ilə (2001–2005)

Phone

Email

Peşəkar kvalifikasiyalar

  • Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, il
  • 20 illik vəkillik təcrübəsi
  • ADA Universiteti Hüquq Məktəbinin baş müəllimi (Assistant Professor)
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş müəllimi

Peşəkar fəaliyyət

Dünyamin Novruzov mülki hüquq sahəsində 20 illik vəkillik təcrübəsinə malik hüquqşünasdır. Peşəkar fəaliyyəti əsasən mülki hüququn müxtəlif (öhdəliklər hüququ, əşya hüququ, müqavilələr hüququ, kommersiya hüququ, ailə və vərəsəlik hüququ) sahələrini əhatə edir.

ADA Universiteti Hüquq Məktəbində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş müəllim (Assistant Professor) kimi fəaliyyət göstərir və öhdəliklər hüququ, əşya hüququ, ailə və vərəsəlik hüququ fənlərini tədris edir.

Elmi fəaliyyətini müqayisəli özəl hüquq sahəsində davam etdirir. Tədqiqatları əsasən Azərbaycan, Türkiyə və Rusiya hüquq sistemlərində müqavilə hüququ, vərəsəlik hüququ və mülki hüquq institutlarının müqayisəli təhlilinə həsr olunmuşdur. Bu istiqamətdə monoqrafiyanın və bir sıra elmi məqalələrin müəllifidir.

Seçilmiş nəşrlər

  • Türk, Azərbaycan və Rus hüquqlarında ölümə bağlı sərəncamların etibarsızlığı, Filiz kitabevi, 2025 (Monoqrafiya).
  • Özü ilə əqd bağlama, yoxsa təmsil səlahiyyətindən sui-istifadə? Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli qərarının təhlili, “Azərbaycan vəkili” jurnalı, 1 (25), 2025.
  • Rusya Federasiyasında qanuni vərəsəlik, İstanbul Ticarət Universiteti Sosial Elmlər Jurnalı, 23 (51), 2024.
  • Mülki Məcəllənin 337 və 354-cü maddələrinin tətbiqinə dair məhkəmə təcrübəsi üzərinə bir araşdırma, “Azərbaycan vəkili” jurnalı, № XIV, 2017.
  • Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə təcrübəsinin bəzi problemləri, “Azərbaycan vəkili” jurnalı, № 2, 2013.

Dil bilikləri

Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili

Send a Message

WhatsApp
Telefon
İnstagram