Senior Counsel – Head of Regulatory & Government A
İxtisaslaşma sahələri
İnzibati hüquq, Təhsil hüququ, Korporativ və kommersiya hüququ, Normayaratma və qanunvericilik, Dövlət orqanları ilə münasibətlər, Komplayens və korporativ idarəetmə
Təhsil
Peşəkar kvalifikasiyalar
Peşəkar fəaliyyət
Şəbnəm Tağıyeva inzibati, təhsil, korporativ və kommersiya hüququ sahələrində, eləcə də normayaratma və qanunvericilik istiqamətində 10 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünasdır. O, dövlət qurumlarına, beynəlxalq təşkilatlara və biznes subyektlərinə hüquqi ekspertiza, normativ hüquqi aktların hazırlanması, hüquqi rəylərin verilməsi, müqavilələrin hazırlanması və digər hüquqi məsələlər üzrə məsləhət xidmətləri göstərmişdir.
Peşəkar fəaliyyətinə özəl sektorda başlamış, altı il ərzində korporativ və kommersiya hüququ, müqavilə hüququ, hüquqi risklərin idarə edilməsi və beynəlxalq layihələrin hüquqi müşayiəti sahələrində çalışmışdır. u dövrdə UEFA EURO 2020 Bakı Əməliyyat Komitəsində Hüquq Meneceri kimi fəaliyyət göstərərək beynəlxalq idman tədbirinin təşkili çərçivəsində hüquqi dəstəyin təmin edilməsində iştirak etmişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Elm və Təhsil Nazirliyində qanunvericiliyin və normativ hüquqi aktların hazırlanması, habelə təhsil sahəsində hüquqi islahatların həyata keçirilməsi proseslərində iştirak etmişdir.
Akademik fəaliyyəti çərçivəsində University of Oxford-da dövlət siyasəti üzrə magistr təhsili almış, University of Sheffield-də süni intellektin təhsil sahəsində tətbiqi və hüquqi-etik aspektləri üzrə elmi tədqiqat aparmışdır. Peşəkar fəaliyyəti çərçivəsində süni intellekt və rəqəmsal texnologiyaların hüquqi tənzimlənməsi məsələləri üzrə də fəaliyyət göstərir.
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili