Dövlət və özəl təhsil müəssisələrinə, təhsil sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə hüquqi xidmətlər göstəririk. Xidmətlərimiz təhsil fəaliyyətinin qanunvericiliyə uyğunluğu, daxili qaydaların hazırlanması, təhsil münasibətlərindən irəli gələn müqavilələr, əmək və intizam məsələləri, dövlət orqanları ilə münasibətlər, habelə mübahisələrin həllini əhatə edir.
Hüquqi şəxslərin təsisi, idarə olunması və yenidən təşkili ilə bağlı müştərilərə kompleks hüquqi dəstək göstəririk. Xidmətlərimiz şirkət qurulması və dövlət qeydiyyatı, idarəetmə orqanlarının formalaşdırılması, filial və nümayəndəliklərin yaradılması, hüquqi audit və korporativ uyğunluq məsələlərini əhatə edir.
Sahibkarlıq fəaliyyəti və kommersiya münasibətləri ilə bağlı müştərilərə hüquqi dəstək göstəririk. Xidmətlərimiz alğı-satqı, xidmət və təchizat müqavilələrinin hazırlanması və danışıqları, habelə birləşmə və satınalma əməliyyatlarının hüquqi müşayiətini əhatə edir.
Müştərilərə vergi öhdəliklərinin icrası və vergi risklərinin idarə olunması üzrə hüquqi dəstək göstəririk. Xidmətlərimiz vergi rejimləri üzrə məsləhətlər, vergi yoxlamaları zamanı təmsilçilik, vergi mübahisələrinin inzibati və məhkəmə qaydasında həlli, habelə beynəlxalq vergitutma məsələlərini əhatə edir.
Yerli və xarici müştərilərə əmək münasibətləri və miqrasiya məsələləri üzrə hüquqi dəstək göstəririk. Xidmətlərimiz əmək müqavilələrinin hazırlanması, işdən çıxarılma və əmək haqqı ilə bağlı mübahisələr, əcnəbilər üçün iş və yaşayış icazələrinin alınması, habelə miqrasiya orqanları qarşısında təmsilçiliyi əhatə edir.
Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı hüquqi dəstək göstəririk. Xidmətlərimiz daxili qaydaların hazırlanması, məlumatların informasiya sistemlərində işlənilməsi və ötürülməsi, uyğunluq auditi, habelə fərdi məlumatların qanunsuz toplanılması və yayılması hallarında hüquqi müdafiəni əhatə edir.
Müəlliflik hüquqları, əmtəə nişanları və digər əqli mülkiyyət obyektlərinin qorunması üzrə hüquqi dəstək göstəririk. Xidmətlərimiz əmtəə nişanlarının və sənaye nümunələrinin qeydiyyatı, lisenziya müqavilələrinin hazırlanması, əqli mülkiyyət hüquqlarının pozulması hallarında məhkəməyədək və məhkəmə qaydasında müdafiəni əhatə edir.
Sığorta münasibətləri sahəsində fiziki və hüquqi şəxslərə hüquqi dəstək göstəririk. Sığorta müqavilələrinin hazırlanması, sığorta ödənişləri ilə bağlı məsləhətlər, sığortaçılar və sığorta vasitəçiləri ilə münasibətlərin müşayiəti, habelə dövlət orqanları qarşısında təmsilçilik xidmətlərimizin əsas istiqamətləridir.
İdmançılara, məşqçilərə, klublara, federasiyalara və mədəniyyət müəssisələrinə hüquqi dəstək göstəririk. Transfer, sponsorluq və reklam müqavilələrinin hazırlanması, əqli mülkiyyət hüquqlarının qorunması, antidopinq qaydalarına uyğunluq, habelə mədəniyyət sahəsində dövlət-özəl tərəfdaşlığı layihələri üzrə dəstək veririk.
Fiziki şəxslərə vərəsəlik məsələləri üzrə, xüsusilə sahibkarlara biznes aktivlərinin və kapital paylarının vərəsəlik yolu ilə ötürülməsi (biznes varisliyinin planlaşdırılması) üçün hüquqi dəstək göstəririk. Xidmətlərimiz vəsiyyətnamələrin hazırlanması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin alınması, habelə vərəsəlik mübahisələrinin məhkəməyədək və məhkəmə qaydasında həllini əhatə edir.
Dövlət orqanlarına, publik hüquqi şəxslərə və beynəlxalq təşkilatlara normayaratma prosesində ekspert dəstəyi göstəririk. Normativ hüquqi akt layihələrinin hazırlanması və hüquqi ekspertizası, müqayisəli hüquq təhlili, dövlət siyasəti sənədlərinin və strategiyaların hazırlanmasında hüquqi ekspert dəstəyi xidmətlərimizə daxildir.
Hüquqi mübahisələrin məhkəməyədək və məhkəmə mərhələsində həlli üzrə kompleks hüquqi xidmətlər göstəririk. Danışıqlar və mediasiya yolu ilə həll, məhkəmələrdə və arbitraj prosedurlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması, habelə xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası üzrə dəstək veririk.
test ximdet