We provide specialized winterization services to safeguard your pool during the off-season, and when spring arrives, we handle the thorough opening process.

RƏŞAD İBADOV

RƏŞAD İBADOV

Partnyor

İxtisaslaşma sahələri

Konstitusiya hüququ, hüquq nəzəriyyəsi və hüquq fəlsəfəsi, beynəlxalq insan hüquqları hüququ, Avropa İttifaqı hüququ, təhsil hüququ, vətəndaşlıq və miqrasiya hüququ.

Təhsil

  • Harvard Universiteti Hüquq Fakültəsi (ABŞ) – Doktorant elmi tədqiqatçı (Visiting Doctoral Researcher), Graduate Program (2009–2010); İnsan Hüquqları Proqramında elmi tədqiqatçı (2019–2020)
  • Avropa Universiteti Tədqiqat İnstitutu (Florensiya, İtaliya) – Hüquq elmləri doktoru (LL.D.) (2007–2013); Tədqiqat magistri (Master of Research) (2006–2007)
  • Kaliforniya Universiteti, Berkli – Boalt Hall Hüquq Fakültəsi (ABŞ) – Araşdırmaçı alim (2008–2009)
  • Lund Universiteti Hüquq Fakültəsi (İsveç) – Beynəlxalq insan hüquqları hüququ üzrə hüquq magistri (LL.M.) (2004–2006)
  • Xəzər Universiteti, Hüquq və Sosial Elmlər Fakültəsi – Hüquqşünaslıq ixtisası üzrə bakalavr (LL.B.), fərqlənmə diplomu ilə (1999–2003)

Phone

Email

Peşəkar kvalifikasiyalar

  • Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Elmi-Məsləhət Şurasının üzvü (2020-ci ildən)
  • Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-Məsləhət Şurasının üzvü (2023-cü ildən)
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası yanında Elmi Şuranın üzvü (2026-cı ildən)
  • Lille Katolik Universitetinin dəvətli dosenti, Fransa (2018-ci ildən)
  • Martin Luther Halle-Wittenberg Universitetinin qonaq professoru, Almaniya (2021)

Peşəkar fəaliyyət[U1] 

Rəşad İbadov konstitusiya hüququ, hüquq nəzəriyyəsi, beynəlxalq insan hüquqları hüququ, təhsil hüququ, vətəndaşlıq və miqrasiya hüququ sahələrində 20 ilə yaxın peşəkar və akademik təcrübəyə malik hüquqşünas və hüquq alimidir. O, dövlət qurumları, beynəlxalq təşkilatlar, iri biznes subyektləri və qeyri-kommersiya təşkilatlarına müxtəlif hüquq sahələrində hüquqi rəylərin hazırlanması, mürəkkəb hüquqi məsələlərin həlli, normativ sənədlərin hazırlanması və institusional hüquqi məsləhət xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.

Hazırda Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı neft yataqlarının podratçısı olan UGE – Lancer PTE. Ltd. şirkətinin Prezidentinin Baş Hüquq Müşaviri və "Sosial və Hüquqi İslahatların Dəstəklənməsi" Fondunun hüquqi məsləhətçisi kimi fəaliyyət göstərir. Əvvəllər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Media Analiz Mərkəzi" MMC-də hüquqi məsləhətçi, Dövlət Gömrük Komitəsinin Akademiyasında isə rektorun baş müşaviri vəzifələrində çalışmışdır.

Beynəlxalq hüquqi ekspert kimi İngiltərə və Uels Ali Məhkəməsinin Ailə Bölməsi üçün ekspert rəyi hazırlamış, ATƏT-in hüquqi layihələrində məsləhətçi, Avropa Universiteti Tədqiqat İnstitutunun GLOBALCIT proqramında ölkə üzrə hüquqi ekspert kimi fəaliyyət göstərmişdir. 2025–2026-cı illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyası məqsədilə yaradılmış Xüsusi Komissiyanın sədri olmuşdur.

Akademik fəaliyyəti çərçivəsində ADA Universitetinin Hüquq Məktəbinin yaradılmasına rəhbərlik etmiş, 2018–2022-ci illərdə Hüquq Proqramının təsisçi direktoru, 2022-ci ildən isə Hüquq Məktəbinin təsisçi dekanı kimi fəaliyyət göstərir. Bundan əlavə, Harvard Universitetində, Kaliforniya Universitetində (Berkli), Avropa Universiteti Tədqiqat İnstitutunda və digər nüfuzlu ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyəti ilə məşğul olmuşdur.

Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş Prokurorluq və Ədliyyə Akademiyası yanında fəaliyyət göstərən elmi-məsləhət şuralarının üzvü kimi hüquqi təcrübənin və qanunvericiliyin inkişafına töhfə verir.

Seçilmiş nəşrlər

·        The Foundations of Migration, Citizenship, and Refugee Law in a Process of Transformation: The Case of the Republic of Azerbaijan, Encyclopedia of Contemporary Constitutionalism (2023)

·        Religious Education in Modern World: The Case of Azerbaijan, The International Routledge Handbook on Religious Education (Routledge, 2013)

·        Accommodating "Neutral Dreams" in Liberal States: Responding to Consciously and Religiously Motivated Challenges in Multicultural Public Education, Harvard Human Rights Journal, Vol. 34, No. 2 (2021)

·        Reshaping Constitutional Neutrality in Liberal States: Theoretical Smiles and Serendipities in Public Education (under review)

Dil bilikləri

Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili

Send a Message

WhatsApp
Telefon
İnstagram