Partnyor
İxtisaslaşma sahələri
Konstitusiya hüququ, hüquq nəzəriyyəsi və hüquq fəlsəfəsi, beynəlxalq insan hüquqları hüququ, Avropa İttifaqı hüququ, təhsil hüququ, vətəndaşlıq və miqrasiya hüququ.
Təhsil
Peşəkar kvalifikasiyalar
Rəşad İbadov konstitusiya hüququ, hüquq nəzəriyyəsi, beynəlxalq insan hüquqları hüququ, təhsil hüququ, vətəndaşlıq və miqrasiya hüququ sahələrində 20 ilə yaxın peşəkar və akademik təcrübəyə malik hüquqşünas və hüquq alimidir. O, dövlət qurumları, beynəlxalq təşkilatlar, iri biznes subyektləri və qeyri-kommersiya təşkilatlarına müxtəlif hüquq sahələrində hüquqi rəylərin hazırlanması, mürəkkəb hüquqi məsələlərin həlli, normativ sənədlərin hazırlanması və institusional hüquqi məsləhət xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.
Hazırda Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı neft yataqlarının podratçısı olan UGE – Lancer PTE. Ltd. şirkətinin Prezidentinin Baş Hüquq Müşaviri və "Sosial və Hüquqi İslahatların Dəstəklənməsi" Fondunun hüquqi məsləhətçisi kimi fəaliyyət göstərir. Əvvəllər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Media Analiz Mərkəzi" MMC-də hüquqi məsləhətçi, Dövlət Gömrük Komitəsinin Akademiyasında isə rektorun baş müşaviri vəzifələrində çalışmışdır.
Beynəlxalq hüquqi ekspert kimi İngiltərə və Uels Ali Məhkəməsinin Ailə Bölməsi üçün ekspert rəyi hazırlamış, ATƏT-in hüquqi layihələrində məsləhətçi, Avropa Universiteti Tədqiqat İnstitutunun GLOBALCIT proqramında ölkə üzrə hüquqi ekspert kimi fəaliyyət göstərmişdir. 2025–2026-cı illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyası məqsədilə yaradılmış Xüsusi Komissiyanın sədri olmuşdur.
Akademik fəaliyyəti çərçivəsində ADA Universitetinin Hüquq Məktəbinin yaradılmasına rəhbərlik etmiş, 2018–2022-ci illərdə Hüquq Proqramının təsisçi direktoru, 2022-ci ildən isə Hüquq Məktəbinin təsisçi dekanı kimi fəaliyyət göstərir. Bundan əlavə, Harvard Universitetində, Kaliforniya Universitetində (Berkli), Avropa Universiteti Tədqiqat İnstitutunda və digər nüfuzlu ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyəti ilə məşğul olmuşdur.
Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş Prokurorluq və Ədliyyə Akademiyası yanında fəaliyyət göstərən elmi-məsləhət şuralarının üzvü kimi hüquqi təcrübənin və qanunvericiliyin inkişafına töhfə verir.
Seçilmiş nəşrlər
· The Foundations of Migration, Citizenship, and Refugee Law in a Process of Transformation: The Case of the Republic of Azerbaijan, Encyclopedia of Contemporary Constitutionalism (2023)
· Religious Education in Modern World: The Case of Azerbaijan, The International Routledge Handbook on Religious Education (Routledge, 2013)
· Accommodating "Neutral Dreams" in Liberal States: Responding to Consciously and Religiously Motivated Challenges in Multicultural Public Education, Harvard Human Rights Journal, Vol. 34, No. 2 (2021)
· Reshaping Constitutional Neutrality in Liberal States: Theoretical Smiles and Serendipities in Public Education (under review)
Dil bilikləri
Azərbaycan dili, İngilis dili, Rus dili, Türk dili